Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün "Müasir müəllim: Nəzəriyyədən təcrübəyə" adlı növbəti onlayn təlim həyata keçirilib.

Təlimlərin əsas məqsədi, iştirakçı müəllimlərin praktiki olaraq pedaqoji nəzəriyyələri tədris prosesində düzgün və effektiv şəkildə tətbiq etmə bacarıqlarını inkişaf etdirməkdir. Təlimlər çərçivəsində, tanınmış pedaqoji tədqiqatçıların nəzəriyyələri müzakirə edilib, bu nəzəriyyələrin müasir təhsil tətbiqlərinə necə inteqrasiya edilə biləcəyi öyrədilib.

Təlimlər iştirakçılara daha effektiv tədris metodları və uşaq inkişafını dəstəkləyən yanaşmalar təqdim edir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ